"New Holland TD5.110" modeli universal traktorlar kateqoriyasına daxil olaraq şum, səpin, dərmansəpmə, gübrələmə, presbağlama, yükdaşıma və sair kənd təsərrüfat təyinatlı işlərin görülməsi üçün istifadə olunur. Traktorun nominal gücü 110 at gücündədir və 110 at gücü tələb edən bütün aqreqat və qoşqularla sərbəst istifadə oluna bilir. Arxa hidravlik çıxışların sayı 6 ədəddir. Arxa güc valı həm 540, həm də 1000 dövrlər sayı ilə işləyir. Arxa qaldırıcı qollar maksimal olaraq 4500 kiloqrama qədər yük qaldıra bilir. Hidravlik nasosun gücü isə dəqiqədə 51.7 litrdir.
Təkmilləşdirilmiş "Tier 3" standartına uyğun olan "S8000" seriyalı mühərrik sizə həm daha çox güc, həm də sərfəli yanma səmərəliliyi təmin edir. Bu gücdə yeni "Tier 3" mühərriki daha az yanacaq sərf eməklə traktor performansında maksimal at gücünü ortaya qoyur.
Yeni “TD5” seriyalı traktor öz sinfinin lideridir və maksimal at gücünə malik olmaqla yanaşı, yeni özəllikləri ilə önə çıxır. Yüngül ötürmələr sizə yeni güc səviyyəsi və performans bəxş edəcəkdir.
Yeni lüks VİSİONVİEW™ kabinəsi sizə təkmilləşdirilmiş 360 dərəcə görməni, kənar səslərin minimum səviyyəsini və asan idarəetmə funksiyalarını təqdim edir. Bu imkanların köməyi ilə VİSİONVİEW™ kabinəsi traktoru rəqibsiz edir.
TD5 seriyasında təklif olunan bu yenilik ön yükləyicinin işi üçün mükəmməl olan yeni Powershuttle sürətlər qutusudur. İpək kimi hamar hərəkəti təmin edən bu xüsusiyyət traktorun heyvandarlıq sahəsində tətbiqini əvəzedilməz edir. Eyni zamanda bu növ sürətlər qutusunun tətbiqi texniki qulluq intervalını maksimum aşağı salır.
TD5 seriyasının performansı bütün istifadəçilər üçün dərhal aydın olur. Necə? Sadəcə olaraq kapotun üzərinə nəzər yetirək. '5' rəqəmi traktorun seqmentini bildirir. Növbəti '110' rəqəmi mühərrik gücünə istinad edir. 'D' isə lüks traktorlar kateqoriyasını ifadə edir. Bu sizin üçün nə deməkdir? Bu o deməkdir ki, TD5.110 traktorunu əldə etməklə siz yuxarı seqment traktorunu yüksək güc və luks ilə birlikdə əldə edirsiniz. Performansının, etibarlılığının və sübut edilmiş 'TD5.110' irsinin tələblərinizə mükəmməl uyğunlaşacağına tam əmin ola bilərsiniz. Maksimum məhsuldarlıq və rahatlıq əldə etmək üçün təsərrüfatınızı New Holland-a etibar edin.
Mühərrik | New Holland S8000 |
Silindrlərin / aspirasiya / klapanların sayı | 4 / TI / 2 |
Yanacaq standartı | Tier 3 |
Tutum (sm³) | 3908 |
At gücü | 110 |
Yanacaq çəninin tutumu (l) | 110 |
Servis intervalı (saat) | 250 |
Ön təkər ölçüləri | 14.9 – 24 4WD |
Arxa təkər ölçüləri | 18.4 – 34 |
Ön yüklərdən arxa qollara qədər uzunluq | 4115 mm |
En | 1910 mm |
Hündürlük | 2657 mm |
Təkərlərin mərkəzləri arasında məsafə | 2422 mm |
Çəki | 4900 kg |
Minimal sürət (km/saat) | 1.79 |
Hidravlik nasosu (L/dəq) | 51.7 |
Sükan mexanizmin nasosu (L/dəq) | 29.6 |
Arxa hidravlik çıxışlar (cüt) | 3 |
Arxa qolların maksimal qaldırma gücü (kq) | 4700 kq |
Arxa güc valı (RPM) | 540/1000 |
Kabinə növü | VisionVieW cab |
Kondisioner | Var |
Bizə zəng edin : 050 878 88 00