New-Holland TD5.110
Ümumi baxış

New Holland TD5.110

"New Holland TD5.110" modeli universal traktorlar kateqoriyasına daxil olaraq şum, səpin, dərmansəpmə, gübrələmə, presbağlama, yükdaşıma və sair kənd təsərrüfat təyinatlı işlərin görülməsi üçün istifadə olunur. Traktorun nominal gücü 110 at gücündədir və 110 at gücü tələb edən bütün aqreqat və qoşqularla sərbəst istifadə oluna bilir. Arxa hidravlik çıxışların sayı 6 ədəddir. Arxa güc valı həm 540, həm də 1000 dövrlər sayı ilə işləyir. Arxa qaldırıcı qollar maksimal olaraq 4500 kiloqrama qədər yük qaldıra bilir. Hidravlik nasosun gücü isə dəqiqədə 51.7 litrdir.

Xüsusiyyətlər
Haqqında

New Holland TD5.110



TƏKMİLLƏŞDİRİLMİŞ MÜHƏRRİK TEXNALOGİYASI VASİTƏSİLƏ YANACAQ SƏMƏRƏLİYİ

Təkmilləşdirilmiş "Tier 3" standartına uyğun olan "S8000" seriyalı mühərrik sizə həm daha çox güc, həm də sərfəli yanma səmərəliliyi təmin edir. Bu gücdə yeni "Tier 3" mühərriki daha az yanacaq sərf eməklə traktor performansında maksimal at gücünü ortaya qoyur.

110 AT GÜCÜ SİMASINDA YENİ MODEL

Yeni “TD5” seriyalı traktor öz sinfinin lideridir və maksimal at gücünə malik olmaqla yanaşı, yeni özəllikləri ilə önə çıxır. Yüngül ötürmələr sizə yeni güc səviyyəsi və performans bəxş edəcəkdir.

VİSİONVİEW™ KABİNƏ KOMFORTU

Yeni lüks VİSİONVİEW™ kabinəsi sizə təkmilləşdirilmiş 360 dərəcə görməni, kənar səslərin minimum səviyyəsini və asan idarəetmə funksiyalarını təqdim edir. Bu imkanların köməyi ilə VİSİONVİEW™ kabinəsi traktoru rəqibsiz edir.

POWER SHUTTLE SÜRƏTLƏR QUTUSUNUN ÇOXŞAXƏLİ İMKANLARI

TD5 seriyasında təklif olunan bu yenilik ön yükləyicinin işi üçün mükəmməl olan yeni Powershuttle sürətlər qutusudur. İpək kimi hamar hərəkəti təmin edən bu xüsusiyyət traktorun heyvandarlıq sahəsində tətbiqini əvəzedilməz edir. Eyni zamanda bu növ sürətlər qutusunun tətbiqi texniki qulluq intervalını maksimum aşağı salır.

ÖN KAPOT ÜZƏRİNDƏ NƏ DEYİLİR?

TD5 seriyasının performansı bütün istifadəçilər üçün dərhal aydın olur. Necə? Sadəcə olaraq kapotun üzərinə nəzər yetirək. '5' rəqəmi traktorun seqmentini bildirir. Növbəti '110' rəqəmi mühərrik gücünə istinad edir. 'D' isə lüks traktorlar kateqoriyasını ifadə edir. Bu sizin üçün nə deməkdir? Bu o deməkdir ki, TD5.110 traktorunu əldə etməklə siz yuxarı seqment traktorunu yüksək güc və luks ilə birlikdə əldə edirsiniz. Performansının, etibarlılığının və sübut edilmiş 'TD5.110' irsinin tələblərinizə mükəmməl uyğunlaşacağına tam əmin ola bilərsiniz. Maksimum məhsuldarlıq və rahatlıq əldə etmək üçün təsərrüfatınızı New Holland-a etibar edin.

Xüsusiyyətlər

New Holland TD5.110

Nominal güc
110 at gücü
2300 rpm -da
Maksimal sürət
30 km/saat
0-30 km/saat (4900 kq-da)
Mühərrik
New Holland
S8000/Dizel

Mühərrik New Holland S8000
Silindrlərin / aspirasiya / klapanların sayı 4 / TI / 2
Yanacaq standartı Tier 3
Tutum (sm³) 3908
At gücü 110
Yanacaq çəninin tutumu (l) 110
Servis intervalı (saat) 250

Ön təkər ölçüləri 14.9 – 24 4WD
Arxa təkər ölçüləri 18.4 – 34
Ön yüklərdən arxa qollara qədər uzunluq 4115 mm
En 1910 mm
Hündürlük 2657 mm
Təkərlərin mərkəzləri arasında məsafə 2422 mm
Çəki 4900 kg

Minimal sürət (km/saat) 1.79

Hidravlik nasosu (L/dəq) 51.7
Sükan mexanizmin nasosu (L/dəq) 29.6

Arxa hidravlik çıxışlar (cüt) 3

Arxa qolların maksimal qaldırma gücü (kq) 4700 kq

Arxa güc valı (RPM) 540/1000

Kabinə növü VisionVieW cab
Kondisioner Var
Lizinq kalkulyatoru
multimedia
Əlaqə
Telefon

858
+99450 878 8800
+99412 404 1415

Email

[email protected]

traktor seçimində köməyə ehtiyacınız var?

Bizə zəng edin : 050 878 88 00